"PAŞA Həyat" "YAŞAT" Fonduna 100 min manat köçürüb

"PAŞA Həyat" "YAŞAT" Fonduna 100 min manat köçürüb
# 15 dekabr 2020 16:01 (UTC +04:00)

Azərbaycanın lider həyat sığortası şirkəti sayılan “PAŞA Həyat” “YAŞAT” Fonduna 100 min manat ianə edib.

“Xalqımız, dövlətimiz 44 gün müddətində əzəli torpağı Qarabağı savaş yolu ilə azad etməyi bacardı. Bu yolda minlərlə qəhrəman canını, sağlamlığını qurban verdi. İndi xalq olaraq biz mənəvi borcumuzu yerinə yetirməli, şəhid ailələrinin və yaralı hərbçilərin qayğısını çəkməli, onların ehtiyaclarını maksimum aradan qaldırmalıyıq. Bu səbəbdən ölkə Prezidentinin – Ali Baş Komandanın fərmanı ilə “YAŞAT” Fondunun yaradılması böyük rəğbətlə qarşılandı. Biz də bu fondun formalaşmasına öz töhfəmizi vermək istədik”, - deyə “PAŞA Həyat”ın İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib.

Ümumilikdə, “PAŞA Holding” şirkətlər qrupu İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş həmvətənlərimizin ailələrinin və qazilərin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna 2 mln. manat vəsait köçürüb.

Qeyd edək ki, “PAŞA Həyat” 44 günlük müharibə dövründə ordumuza və soydaşlarımıza dəstək məqsədilə bir sıra fəaliyyətlər həyata keçirib, yardımlar edib. Şirkət bundan öncə, 24 noyabr tarixində də 10 illik yubileyi münasibətilə şəhid ailələrinə dəstək məqsədilə 100 min manat məbləğində vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR