"Rabitəbank" Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə köçürüb

"Rabitəbank" Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə köçürüb
# 28 yanvar 2021 18:15 (UTC +04:00)

Vətən müharibəsinin ilk günlərindən hadisələri diqqət mərkəzində saxlayan “Rabitəbank” ön cəbhədə savaşan qəhrəmanlarımıza daim dəstək olmağa çalışıb. Bank bu dəfə işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 100 000 AZN dəyərində ianə köçürdü.

Qeyd edək ki, “Rabitəbank” bundan öncə müştərilərinin “YAŞAT” Fonduna məsafədən ianələrini asanlaşdırmaq məqsədilə öz mobil tətbiqi “Rabita Mobile”da onlayn dəstək funksiyasını aktivləşdirib. Bundan başqa ön cəbhədə vuruşan qəhrəmanlarımızın maddi-texniki təminatını yaxşılaşdırmaq məqsədilə “əsgər payı” qutuları hazırlayaraq hərbi sıralara göndərib, rəhbər heyəti də əməkdaşlarla birgə könüllü qanvermə aksiyasında iştirak edərək xalqımızın çətin günündə səfərbərlik nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR