Rusiyada banklar ölkəyə rekord miqdarda nağd dollar idxal ediblər

Rusiyada banklar ölkəyə rekord miqdarda nağd dollar idxal ediblər
  • Clock-gray 12:30
  • calendar-gray 26 May 2020

Mart ayında pandemiya və gərgin maliyyə bazarları fonunda Rusiya bankları ölkəyə 4,95 milyard ABŞ dolları və 1,13 milyard avro nağd pul idxal ediblər.

APA-Economics” RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında məlumat yer alıb.

Məlumatda bildirilir ki, fevral ayı ilə müqayisədə nağd dolların tədarükü təqribən 9,6 dəfə artıb. Banklar bundan daha çox yalnız 2014-cü il böhranının mart və dekabr aylarında (müvafiq olaraq 9,5 və 10,15 milyard dollar) idxal ediblər.

Bildirək ki, 2020-ci ilin mart ayında nağd avronun idxalı da fevral ayına nisbətən üç dəfə artıb.

Neftin qiymətinin kəskin düşməsi və koronavirus pandemiyası fonunda rubl dünyanın ikinci ən dəyişkən valyutası olub, rubl bir ayda dollar və avroya qarşı ucuzlaşıb.  

"Rusiya banklarının kassalarında nağd xarici valyutanın ehtiyatı martın 1-də 10,5 milyard dollar təşkil edib. Aprelin 1-də isə 14,3 milyard dollara çatıb. Kassalarda və bankomatlarda xarici pul ehtiyatlarının artırılmasına əsas etibarilə neftin və rublun ucuzlaşması və əmanətlərə vergi tətbiq edilməsi ilə əmanətçilərin banklara axını səbəb olub” ,-deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, mart ayında əmanətçilər 5 mlrd. dolları (son on ilin ilin rekordu) Rusiya banklardan geri alıblar.

Nərmin Rəhimova

Digər xəbərlər