Rusiyanın ən böyük aeroportu özəlləşdirilir

Rusiyanın ən böyük aeroportu özəlləşdirilir
# 14 fevral 2020 10:14 (UTC +04:00)

Moskvanın Şeremetyevo aeroportu tam olaraq özəlləşdiriləcək: hazırda Rusiyanın ən böyük hava limanının səhmlərinin 30%-dən çoxu dövlətə məxsusdur.

APA-Economics”in “Vedomosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyinə fərdi səhmdarlardan (“Sheremetyevo Holding” MMC-dən) sözügedən aeroportun “Şeremetyevo Beynəlxalq Aeroportu” ASC-də dövlət payının satın alınmasına dair sorğu daxil olub.

“Şeremetyevo” şirkətinin səhmlərinin 66,1%-i “Sheremetyevo Holding”ə, 30,46%-i Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyə, qalan hissəsi isə “Aeroflot” və “VEB Capital” şirkətləri məxsusdur.

Qeyd edək ki, 2019-cu ilin sonunda Şeremetyevo hava limanının 2020-2022-ci illəri əhatə edən federal əmlakın özəlləşdirmə proqramına daxil edildiyi məlum oldu.

Şeremetyevo Avropanın 10 ən yaxşı hava limanı siyahısında 8-ci sırada yer alır. Ötən ilin yekunlarına görə, aeroportda sərnişin axını 9% artaraq 49,9 mln. sərnişinə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR