SİF: Ötən il 908 layihəyə 397 mln. manat güzəştli kreditlər verilib

SİF: Ötən il 908 layihəyə 397 mln. manat güzəştli kreditlər verilib
# 09 fevral 2021 12:58 (UTC +04:00)

2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumi dəyəri 397 mln. manat təşkil edən 908 layihənin güzəştli kreditləşməsinə 126,9 mln. manat ayrılıb ki, nəticədə 2 725 yeni iş yerləri yaradılıb.

"APA-Economics"in məlumatına görə, bunu SİF-in ötənilki fəaliyyəti və bu il qarşıda duran vəzifələrinə həsr olunan onlayn mətbuat konfransında çıxış edən Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

Onun sözlərinə görə, ayrılan kreditlərin əksəriyyəti 44,5%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına ayrılıb. Maliyyələşdirilmə üzrə faiz bölgüsü göstəricisi ilə ikinci sahə sənaye məhsullarının istehsalı və emalı sahəsi olub. Bu sahəyə ötən il ümumi kredit məbləğinin 37,3%-i yönəldilib.

"Sektorlar üzrə kənd təsərrüfatı məhsulların istehsalı və emalına 833 layihəyə 72,3 mln. manat, sənaye məhsulların istehsalı və emalı üzrə 59 layihəyə 47,3 mln. manat, turizm sahəsi üzrə 7 layihəyə 0,7 mln. manat və digər sahələr üzrə, əsasən xidmət və tibb sahələrində icra olunan 3 layihəyə 5 mln. manat dəyərində kreditləşmə həyata keçirilib", - deyə K. Nəcəfov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR