Türk lirəsinin məzənnəsi tarixi minimumu yeniləyib

Türk lirəsinin məzənnəsi tarixi minimumu yeniləyib
# 26 oktyabr 2020 14:44 (UTC +04:00)

Türkiyənin milli valyutası olan lirənin ABŞ dollarına qarşı məzənnəsi tarixi minimumu yeniləyib.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumat görə, hazırda 1 dollar 8,04 lirə təşkil edir. Əvvəlki rekord göstərici oktyabrın 22-də qeydə alınmışdı – 7,97 lirə.

"Bloomberg" Türkiyənin milli valyutasının ucuzlaşmasını Ankaranın Azərbaycan və Ermənistan arasındakı münaqişəyə cəlb oluna biləcəyi riski ilə əlaqələndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR