Vergi ödəyiciləri üçün elektron-qaimə fakturanın 9 növü müəyyən edilib

Vergi ödəyiciləri üçün elektron-qaimə fakturanın 9 növü müəyyən edilib
# 04 fevral 2021 10:18 (UTC +04:00)

Baş nazir Əli Əsədov “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

APA-nın məlumatına görə, yeni redaksiyada təsdiq edilən Qaydalar ilə vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlar üzrə çevik tənzimlənmənin, habelə əməliyyatların xarakterinin müəyyən edilməsi və vergi ödəyicisinin inzibatçılıq yükünün yüngülləşdirilməsi, o cümlədən nəzarət mexanizminin təkmilləşdirilməsi mümkün olacaq.

Alınmış elektron qaimə-fakturalar eyni zamanda ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi üçün əsas olan sənəd kimi çıxış edir. Bundan əlavə vergi ödəyiciləri tərəfindən həyata keçirilən əməliyyatın xarakterinə uyğun olaraq elektron-qaimə fakturanın 9 növü müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR