Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçilib

Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçilib
# 11 dekabr 2020 11:16 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı əsasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Azərbaycan Respublikası Hesablama Palatasının sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR