Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 6%-dən çox artaraq 8,5 mlrd. manata yaxınlaşıb

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 6%-dən çox artaraq 8,5 mlrd. manata yaxınlaşıb
# 30 avqust 2019 17:19 (UTC +04:00)

Bu ilin iyulun 31-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8 471,6 mln. manat təşkil edib ki, bu göstərici son bir ildə 503,1 mln. manat və ya 6,3% artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) “APA-Economics”ə verilən məlumata görə, iyulun 31-nə müddətli əmanətlər 0,4% (19,9 mln. manat) artaraq 5 357,4 mln. manat təşkil edib. Artım milli valyutada olan əmanətlər (58,7 mln. manat, 2,5%) hesabına baş verib.

Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3,7% (375,7 mln. manat) artaraq 10 573,2 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 11,4% (257,6 mln. manat) artaraq 2 510,8 mln. manat təşkil edib. Milli valyutada olan depozitlər 6,9% (274 mln. manat) artaraq 4 246,3 mln. manata, xarici valyutada olan müddətli depozitlər isə 12,3% (249,8 mln. manat) artaraq 2 285,5 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR