Bu ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsində ÜDM-in 1,4%-i qədər kəsir yaranıb

Bu ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsində ÜDM-in 1,4%-i qədər kəsir yaranıb
# 17 iyul 2019 09:20 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 405,5 mln. manat, xərcləri 10 951,0 mln. manat təşkil edib. Büdcənin icrasında 545,5 mln. manatlıq və ya ÜDM-in 1,4%-i qədər kəsir yaranıb.

APA-Economics”in dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin ilk yarısında büdcə gəlirləri ötən ilin alanoji dövrünə nisbətən 5,5%, xərcləri isə 15% artıb. Ötən ilin ilk yarısında dövlət büdcəsində 297,3 mln. manatlıq profisit qeydə alınmışdır.

Hesabat dövründə büdcə daxilolmalarının 22%-i əlavə dəyər vergisi, 13,3%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,2%-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,9%-i fiziki şəxslərin gəlir vergisi, 3,8%-i aksizlər, 1,7%-i sadələşdirilmiş vergi, 2,2%-i vergilərin digər növləri, 47,9%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 27%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 14,2%-i sosial müdafiə və sosial təminat, 12,5%-i təhsil və səhiyyə sahələrinin, 46,3%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Qeyd edək ki, bu il üçün dövlət büdcəsinin gəlirləri 23,168 mlrd. manat, xərcləri isə 25,190 mlrd. manat həcmində təsdiq olunub. Büdcə kəsiri 2,022 mlrd. manat və ya ÜDM-in 2,5-i qədər olacağı proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR