"eBay"ın xalis mənfəəti ötən il 29% azalıb

"eBay"ın  xalis mənfəəti ötən il 29% azalıb
# 29 yanvar 2020 14:46 (UTC +04:00)

Dünyanın ən nəhəng onlayn riteyler şirkəti olan "eBay" ötən ili 1,79 mldr. ABŞ dollarlıq xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 29% azalma deməkdir.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, "eBay"ın gəliri 2019-cu ildə 0,5% artaraq 10,8 mlrd. dollara çatıb.

Ötən ilin IV rübündə onlayn riteylerin mənfəəti 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 556 mln. dollar təşkil edib. 2019-cu ilin 31 dekabr tarixinə "eBay"ın daimi müştərilərin sayı 2% artaraq 183 mln. nəfərə çatıb.

Proqnozlara gəldikdə, "eBay" 2020-ci ilin I rübündə 2,55-2,6 mlrd. dollar həcmində gəlir əldə edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR