İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əməkdaşlıq edəcək.
“APA-Economics”in Agentliyə istinadən verdiyi məlumata görə, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və İSİM-in direktoru Qəhrəman Haqverdiyev imzalayıblar.