Nazir: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20% artıb"

Nazir: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20% artıb"
# 20 noyabr 2019 13:42 (UTC +04:00)

“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişdir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Yaxın günlərdə Azərbaycan-Rusiya regionlararası X yubiley forumunun keçiriləcəyini vurğulayan nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artır.

“2019-cu ilin 9 ayının nəticələri göstərir ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20% artıb. Prezident İlham Əliyevin siyasəti nəticəsində inşa edilmiş müasir liman infrastrukturu, dəmir yolu şəbəkələri, logistika mərkəzlərinin daha çox fayda gətirməsi üçün Rusiya kimi böyük ölkə ilə əlaqələrimiz getdikcə daha dərinləşəcək”, - deyə M. Cabbarov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR