Aleksandr Lukaşenko ölkədə vəziyyətin sabitləşdiyini deyib

Aleksandr Lukaşenko ölkədə vəziyyətin sabitləşdiyini deyib
# 28 avqust 2020 14:05 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə vəziyyətin sabitləşdiyini deyib.

APA-nın “Belta”ya istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Lukaşenko "Savuşkin-Orşa" MMC-də görüş zamanı bildirib.

"Belarusda etirazlar sona çatdı, iqtisadiyyatla məşğul olmağın vaxtıdır", - deyə Lukaşenko vurğulayıb.

O qeyd edib ki, Belarusda insanlar fikirlərinə görə təzyiqə məruz qalmayacaq: "Burada çox sayda jurnalist var. Onların yarısı hökumətin fikirləri ilə razılaşmaya və fərqli fikirdə ola bilər. Hazırda bu mübahisələrə ehtiyac duymuruq. İqtisadi sektora diqqət yetirməliyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR