Qazaxıstan prezident administrasiyası: "Ölkədə sabitliyimizə təhlükə yaradan qüvvələr var"

Qazaxıstan prezident administrasiyası: "Ölkədə sabitliyimizə təhlükə yaradan qüvvələr var"
# 11 may 2024 01:49 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev administrasiyasının rəhbəri Aybek Dadebaev respublikada dil məsələsində təxribatlara əl atmağa çalışan və bu məsələni gərginləşdirmək və siyasiləşdirmək istəyən qüvvələrin olduğunu açıqlayıb.

APA xəbər verir ki, Dadebayev bunu Qazaxıstanın “Jibek Joly” telekanalına müsahibəsində deyib.

“Qazaxıstanda dil məsələsini daha da gərginləşdirmək və siyasiləşdirmək istəyən qüvvələr, açıq-aşkar təxribatlara əl atan, sabitliyimizə təhlükə yaradan qüvvələr var”, - administrasiya rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstanda “dilinə görə kiməsə ayrı-seçkilik, təqib və ya hər hansı təzyiqə yol verilmir”.

Dadebayev qeyd edib ki, bu, respublika konstitusiyasında nəzərdə tutulan normadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR