Belarusda koronavirusa yoluxanların sayı 10 mini ötüb

Belarusda koronavirusa yoluxanların sayı 10 mini ötüb
# 26 aprel 2020 17:39 (UTC +04:00)

Belarusda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 10 min 463 nəfərə çatıb.

APA-nın BELTA-ya istinadən verdiyi məlumata görə, test aparılan 147 min 525 nəfərdən 7,1 faizində koronavirus aşkarlanıb.

Bu günə qədər 1695 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Ötən dövr ərzində virusa yoluxan 72 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR