Bu gün Minskdə Lukaşenkoya dəstək mitinqi keçiriləcək

Bu gün Minskdə Lukaşenkoya dəstək mitinqi keçiriləcək
# 16 avqust 2020 08:54 (UTC +04:00)

Hökumətyönlü "Belaya Rus" ictimai təşkilatı bu gün Minskdə Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək olaraq "həmrəylik mitinqi" keçirmək niyyətindədir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın Facebook səhifəsində məlumat verilib.

Təşkilatın açıqlamasında bildirilib ki, bazar günü saat 12.00-da (Bakı vaxtı ilə 13.00) Hökumət Evinin yaxınlığında, “Müstəqillik” Meydanında həmrəylik mitinqi keçiriləcək: “Mitinq tamamilə dinc şəraitdə baş tutacaq. Dövlət kursunu dəstəkləyən qüvvələr ora toplaşacaq”.

Həmçinin, qeyd edilib ki, mitinqdə Vətənini sevən, ölkənin iki əks düşərgəyə bölünməsinə qarşı olanların hamısı bir araya gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR