Dağıstanda terror aktının qarşısı alınıb

Dağıstanda terror aktının qarşısı alınıb
# 26 dekabr 2020 11:50 (UTC +04:00)

Dekabrın 25-də Dağıstanın paytaxtı Mahaçqala şəhərində terror aktının qarşısı alınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat keçirib.

Nəticədə 4 İŞİD üzvü saxlanılıb.

Terrorçular Dağıstan Respublikasındakı hüquq-mühafizə orqanlarından birinin inzibati binasına hücum etmək və oranı partlatmağı planlaşdırırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR