Giorgi Qaxariya siyasi fəaliyyətini davam etdirəcək

Giorgi Qaxariya siyasi fəaliyyətini davam etdirəcək
# 23 mart 2021 00:13 (UTC +04:00)

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya siyasi fəaliyyətini davam etdirəcəyini bildirib.

APA-nın Gürüstan bürosu xəbər verir ki, bu barədə G.Qaxariya özünün “Twitter” hesabında paylaşım edib.

O qeyd edib ki, hazırda özünün siyasi gündəliyi üzərində işləyir.

“Mən bu gün Gürcüstanda siyasi sahədə qaldığımı bəyan etdim. Hazırda siyasi sahədə görüləcək işlərimin müəyyən edilməsi üzərində çalışıram. Gürcüstanda siyasi qütbləşmənin aradan qaldırılmasına və ölkənin avropalı gələcəyi üçün diqqətlə işlənilmiş həqiqi gündəliyə ehtiyac var”, - deyə sabiq baş nazir vurğulayıb.

Xatırladaq ki, Giorgi Qaxariya bu il fevralın 18-də müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın həbsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından sonra tutduğu vəzifədən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR