Gələn ildən Ukrayna vətəndaşları Rusiyaya ancaq xarici pasportla səyahət edəcəklər

Gələn ildən Ukrayna vətəndaşları Rusiyaya ancaq xarici pasportla səyahət edəcəklər
  • Clock-gray 17:51
  • calendar-gray 18 Dekabr 2019

Ukrayna vətəndaşları Rusiyaya ancaq xarici pasportla səyahət edə biləcəklər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk bildirib.

Baş Nazir bildirib ki, 2020-ci ilin mart ayının 1-dən etibarən Ukrayna vətəndaşları Rusiyaya ancaq xarici pasportla səyahət edə biləcəklər.

Qeyd edək ki, 1997-ci ilin 16 yanvarından Rusiya və Ukrayna hökumətləri arasında vətəndaşların vizasız səyahəti haqqında razılaşmaya əsasən, hazırda Ukrayna vətəndaşları Rusiyaya daxili pasportla, 16 yaşına qədər olan olanlar isə doğum haqda şəhadətnamələri ilə səyahət etmək hüququna sahib idilər.

apa-logo-mini

Digər xəbərlər