Gürcüstan iqtisadi attaşe vəzifəsini ləğv edir

Gürcüstan iqtisadi attaşe vəzifəsini ləğv edir
  • Clock-gray 15:15
  • calendar-gray 21 May 2020

Gürcüstan iqtisadi attaşe diplomatik vəzifəsini ləğv edir.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın "Diplomatik xidmət haqqında"  Qanununa düzəliş parlamentin plenar iclasında müzakirə edilib.

Dəyişiklikdən sonra Gürcüstanın xaricdəki diplomatik nümayəndəliyin rəhbəri və ya onun müavini iqtisadi attaşe funksiyasını da yerinə yetirəcək.

Gürcüstan Xarici İşlər nazirinin müavini Xatuna Totladzenin sözlərinə görə, təklif olunan dəyişikliyin səbəbi attaşenin aşağı səviyyəli diplomatik mövqe olmasıdır və düzəlişlə bu funksiya daha yüksək vəzifəli şəxsə həvalə ediləcək.

Qeyd edək ki, Gürcüstanda 2016-cı ilin iyununda "Diplomatik xidmət haqqında" Qanuna edilən dəyişikliyə əsasən, iqtisadi attaşe diplomatik vəzifəsi Xarici İşlər naziri ilə razılaşdırılaraq Gürcüstanın İqtisadiyyat Naziri tərəfindən təyin edilib.

Səid Babazadə

Digər xəbərlər