Gürcüstanda 72 həkim koronavirusa yoluxub

Gürcüstanda 72 həkim koronavirusa yoluxub
# 09 may 2020 20:23 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxan həkimlərin sayı 72 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsersvadze məlumat verib.

O bildirib ki, ölkədə bütün yoluxanların 10%-dən çoxunu həkimlər təşkil edir.

Qeyd edək ki, Gürcüstanda təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı bu gün 626-ya çatıb. Yoluxanlardan 297 nəfərin sağaldığı, 10 nəfərin isə öldüyü bildirilir, ölkə üzrə 4717 nəfər isə karantində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR