Moskvada bir sutkada 25 nəfər COVID-19 diaqnozu ilə ölüb

Moskvada bir sutkada 25 nəfər COVID-19 diaqnozu ilə ölüb
# 04 iyul 2020 02:26 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 25 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3929-a çatıb.

Qeyd edək ki, Moskvada ümumilikdə 223 530 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 659 nəfər bu virusa yoluxub, indiyədək 154 839 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR