Moskvada koronavirus qurbanlarının sayı 2,7 min nəfəri keçib

Moskvada koronavirus qurbanlarının sayı 2,7 min nəfəri keçib
# 04 iyun 2020 00:31 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 64 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2749-a çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 432 277 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8536 nəfər bu virusa yoluxub, 178 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 5215 nəfərdir, indiyədək 195 957 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR