Moskvada koronavirus qurbanlarının sayı 4143-ə çatıb

Moskvada koronavirus qurbanlarının sayı 4143-ə çatıb
# 12 iyul 2020 00:45 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 27 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4143-ə çatıb. Epidemiyanın əvvəlindən bəri təxminən 228,7 min Moskva sakini koronavirusa yoluxub, 164 mindən çox xəstə isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Rusiyada indiyədək 720 547 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6611 nəfər bu virusa yoluxub, 188 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 11 205 nəfərdir, indiyədək 497 446 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR