Moskvanın mərkəzində naməlum şəxslər “Maybach” avtomobilindən atəş açıblar

Moskvanın mərkəzində naməlum şəxslər “Maybach” avtomobilindən atəş açıblar
# 14 dekabr 2020 02:39 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərinin Tverskaya küçəsində naməlum şəxslər avtomobildən atəş açaraq uzaqlaşıblar.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şahidlərin dediklərinə görə, atəş açan şəxslər “Maybach” markalı avtomobildə olublar.

Hadisə yerli vaxtla 19.45-də baş verib. Faktla bağlı onların kimliyi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR