Polad Bülbüloğlu Böyük Britaniyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb

Polad Bülbüloğlu Böyük Britaniyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb
# 14 yanvar 2020 19:52 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri xanım Debora Bronnerti onun xahişi ilə qəbul edib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva bürosuna verilən məlumata görə, həmkarını yeni təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb, Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən Azərbaycanın səfiri, mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Bundan əlavə, o, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının əhəmiyyətini qeyd dib.

Eyni zamanda, səfir Polad Bülbüloğlu dünya birliyini işğal faktına biganə qalmamağa çağıraraq və Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini önə çəkib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR