Putin Belarusda planlaşdırılan çevrilişə cəhd barədə danışıb

Putin Belarusda planlaşdırılan çevrilişə cəhd barədə danışıb
# 21 aprel 2021 14:48 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Belarusda planlaşdırılan dövlət çevrilişi barədə danışıb. APA-nın məlumatına görə, V. Putin bu gün Federal Məclisdə müraciətində bildirib ki, hər şey Belarusda real çevrilişə cəhdə aparırdı.

“Heç kim düşünmür ki, nə qədər insan bundan əziyyət çəkəcəkdi. Viktor Yanukoviçə, Nikolas Maduroya, Aleksandr Lukaşenkoya istənilən kimi münasibət bəsləmək olar. Lakin çevrilişlər və siyasi qətllər – bu, artıq bütün sərhədləri aşır", - deyə o vurğulayıb.

V. Putin bildirib ki, Qərb Belarus Prezidentinə sui-qəsd və dövlət çevrilişi kimi cəhdləri məqsədli şəkildə gözardı edir, bu cəhdləri qınamayıb.

O, ABŞ, Avropa İttifaqı və digər ölkələrin Belarusda baş verənlərə etinasız yanaşdığına diqqət çəkib: “Belarusun gələcək taleyi və xalqın üzləşəcəyi problemlər heç kimi maraqlandırmır. Eyni yanaşma Ukraynaya qarşı da sərgilənir. Dünya ölkələri öz iradəsini onlara təlqin etmək istəyənlərin kobud rəftarlarına və sanksiyalarına artıq öyrəşib”.

Qeyd edək ki, Belarusda Prezident Aleksandr Lukaşenko və ailə üzvlərinə sui-qəsd planlaşdıran iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada həbs olunduğu barədə məlumat yayılıb.

A. Lukaşenko və Rusiya planın arxasında ABŞ-ın dayandığını iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR