Putin: “Rusiya Silahlı Qüvvələri xatirə abidələrini sökən qonşularının mövqelərini nəzərə almalıdır”

Putin: “Rusiya Silahlı Qüvvələri xatirə abidələrini sökən qonşularının mövqelərini nəzərə almalıdır”
  • Clock-gray 18:39
  • calendar-gray 24 Dekabr 2019

“Rusiya Silahlı Qüvvələri öz inkişafı zamanı xatirə abidələrini sökən qonşularının mövqelərini nəzərə almalıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

"Hitlerlə danışıqlar aparanlarla eyni qəbildən olan adamlar hazırda xilaskar döyüşçülərə - Avropanı və yəhudi xalqını nasizmdən xilas etmiş Qırmızı Ordu döyüşçülərinə ucaldılmış abidələri dağıdırlar. Bax, bunlar onların davamçılarıdır. Bu mənada təəssüflər olsun ki, çox az şey dəyişib. Biz sizinlə bunu nəzərə almalıyıq”, - deyə V. Putin vurğulayıb .

Fərid Əkbərov

Digər xəbərlər