Rusiya İrəvanda Rusiya-Erməni Universitetinin fəaliyyətinə dair sazişdən çıxıb

Rusiya İrəvanda Rusiya-Erməni Universitetinin fəaliyyətinə dair sazişdən çıxıb
  • Clock-gray 18:25
  • calendar-gray 01 Mart 2021

Rusiya İrəvanda fəaliyyət göstərən Rusiya-Erməni Universiteti haqqında sazişdə iştirakdan imtina edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə  görə, bu barədə Rusiyanın rəsmi hüquq informasiya portalında Nazirlər Kabinetinin dərc olunan sərəncamında bildirilib.

Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında İrəvandakı Rus-Erməni Universitetinin fəaliyyəti ilə bağlı razılaşmanın tərəfi olmamaq niyyəti barədə Ermənistan tərəfinə bildiriş göndərilsin.

Qeyd edək ki, Rusiya-Erməni  Universiteti 1997-ci ilin avqustunda Moskvada imzalanan Ermənistan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış ikitərəfli saziş əsasında yaradılıb.

Fərid Əkbərov

Digər xəbərlər