Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurası üzvlərinin müşavirəsi keçirilib

Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurası üzvlərinin müşavirəsi keçirilib
# 12 mart 2021 15:03 (UTC +04:00)

Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib. APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə Yaxın Şərq regionunda baş verən proseslər müzakirə olunub.

Müşavirədə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin və müdafiə naziri Sergey Şoyqunun məruzələri dinlənilib.

V. Putin Rusiyanın ənənəvi olaraq Yaxın Şərq regionuna böyük diqqət ayırdığını söyləyib: “Bizim orada çoxlu marağımız, çoxlu dostumuz və tərəfdaşımız var. Bu, xarici iqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün perspektivli, bizim üçün ənənəvi dost regiondur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR