Rusiya XİN ABŞ-ın qoşunlarını Polşaya yerləşdirmə planlarına münasibət bildirib

Rusiya XİN ABŞ-ın qoşunlarını Polşaya yerləşdirmə planlarına münasibət bildirib
# 25 iyun 2020 12:40 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Almaniyadakı qoşunlarını Polşaya yerləşdirməsi ilə bağlı planlarına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-dən bildirilib ki, ehtiyac olacağı təqdirdə dövlətin və müttəfiqlərin təhlükəsizliyi üçün tədbirlər görüləcək.

“Rusiya lazım gələrsə, dövlətin və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək”, - deyə qeyd olunub.

Xatırladaq ki, Qeyd edək ki, Polşa Prezidenti Anjey Duda ABŞ lideri Donald Trampa Amerika hərbi kontingentini Avropadan çıxarmaması xahişi ilə müraciət edib, Varşavanın ABŞ qoşunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb. Donald Tramp isə buna cavabında Vaşinqtonun Polşaya əlavə qoşunlar göndərə biləcəyini, lakin bunun xərcini Varşavanın ödəyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR