Rusiya paytaxtında baş vermiş yanğın zamanı iki nəfər ölüb

Rusiya paytaxtında baş vermiş yanğın zamanı iki nəfər ölüb
# 02 yanvar 2021 01:49 (UTC +04:00)

Moskvada çoxmərtəbəli yaşayış binasındakı mənzillərin birində baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“Profsoyuznaya küçəsindəki 17 mərtəbəli 126 saylı yaşayış binasında baş verən yanğınla bağlı xəbər saat 16:48-də daxil olub. Dördüncü mərtəbədəki mənzillərdən birində mətbəxdə 10 kvadratmetr ərazidə şəxsi əşyalar və mebel yanıb. 17:30-da yanğın söndürülüb. Təəssüf ki, yanğın nəticəsində iki nəfər ölüb”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR