Rusiyada COVID-19-a yoluxanların sayı 866 627 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 866 627 nəfərə çatıb
  • Clock-gray 11:50
  • calendar-gray 05 Avqust 2020

Rusiyada son sutka ərzində daha 5 204 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 866 627 nəfərə çatıb.

Son sutka ərzində 139 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 490 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 669 026 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər