Rusiyada baş vermiş yanğın zamanı 3 nəfər ölüb

Rusiyada baş vermiş yanğın zamanı 3 nəfər ölüb
# 07 fevral 2021 05:50 (UTC +04:00)

Rusiyada, Moskvanın Mosrentgen qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfər ölüb, onlardan ikisi uşaqdır. Daha 14 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“17 nəfər xəsarət alıb, onlardan üçü dünyasını dəyişib: bir yetkin və iki uşaq”, - deyə mətbuat xidməti qeyd edib.

Məlumata görə, ölənlər tüstüdən boğulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR