Rusiyada baş verən yanğın 6 nəfərin ölümünə səbəb olub

Rusiyada baş verən yanğın 6 nəfərin ölümünə səbəb olub
# 09 may 2020 09:45 (UTC +04:00)

Rusiyanın Başkortostan Respublikasının Tuymazinski rayonunun kəndlərindən birindəki yaşayış evində baş verən yanğında 6 nəfər ölüb, bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Timirovo kəndindəki yanğın barədə məlumat mayın 9-da yerli vaxtla 4:09-da (Bakı vaxtı ilə 3:09-da) daxil olub. Yanğın saat 3:30-da tam söndürülüb.

"Yanğının söndürülməsi zamanı 6 ölü tapılıb ki, artıq onların şəxsiyyətləri müəyyənləşdirilib. Bundan başqa, yanğın nəticəsində bir nəfər yaralanıb. Ona tibbi yardım göstərilib.

Yanğının söndürülməsinə 8 ədəd texnika və Rusiya Fövqəladə Hallar Nazirliyinin 18 nəfəri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR