Rusiyada koronavirusa yoluxanların sayı 87 mini keçib, 794 nəfər ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 87 mini keçib, 794 nəfər ölüb
# 27 aprel 2020 11:53 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6198 nəfər koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların ümumi sayı 87 147 nəfərə çatıb.

Son sutka ərzində 47 nəfərin öldüyü bildirilir.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 794-ə çatıb. Sağalanların sayı 7346 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR