Rusiyada koronavirusdan ölənlərin sayı 98 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 98 mini ötüb
# 29 mart 2021 12:43 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8711 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 528 543 nəfərə çatıb.

Son sutka ərzində 293 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 98 033 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR