Rusiyada son sutka ərzində daha 7867 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 7867 nəfər COVID-19-a yoluxub
# 27 sentyabr 2020 11:55 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7867 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 151 438 nəfərə çatıb.

Son sutka ərzində 99 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 324 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR