Rusiyada son sutkada 11 min nəfərdən çox insan koronavirusa yoluxub

Rusiyada son sutkada 11 min nəfərdən çox insan koronavirusa yoluxub
# 06 mart 2021 12:15 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 11 022 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 312 181 nəfərə çatıb.

Son sutka ərzində 441 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 88 726 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR