Rusiyada son sutkada 6537 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 6537 nəfər koronavirusa  yoluxub
# 13 iyul 2020 11:48 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6537 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 733 699 nəfərə çatıb.

Son sutka ərzində 104 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 439 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 504 021 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR