Somalidə diplomatik ofislərin yerləşdiyi ərazi minaatandan atəşə tutulub

Somalidə diplomatik ofislərin yerləşdiyi ərazi minaatandan atəşə tutulub
# 10 mart 2021 01:18 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişuda diplomatik ofislərin və beynəlxalq təşkilatların yerləşdiyi ərazi minaatanlardan atəşə tutulub.

APA “Somali Guardian”a istinadən xəbər verir ki, hadisə nəticəsində Somalidəki Afrika Birliyi Barışıq Missiyasının 2 üzvü yaralanıb.

Ərazisidə altı mərmi partlayıb. Bir sıra nümayəndəliklərin ofislərinə və nəqliyyat vasitələrinə ziyan dəyib.

Yerli hökumət hadisə ilə bağlı “Əş-Şabab” terror qruplaşmasını günahlandırıb.

Qeyd edək ki, hücum hava limanındakı otellərdən birində Somalinin federal və regional hakimiyyət nümayəndələri arasında parlament və prezident seçkilərinə hazırlıqla bağlı görüşün başlamasından bir neçə saat əvvəl baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR