Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

Ukrayna MDB-nin daha bir sazişindən çıxıb
# 05 avqust 2020 17:40 (UTC +04:00)

Ukrayna hökuməti MDB ölkələrinin sərhəd qoşunlarının elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığı haqda sazişdən çıxmaqla bağlı qərar qəbul edib.

APA-nın məlumatına görə, qərar Ukrayna Nazilər Kabinetinin iclasında müzakirəsiz qəbul edilib.

Kiyev Rusiya və MDB ilə sazişləri təftiş etməyə davam edir.

Qeyd edək ki, Ukrayna Xarici İşlər nazirinin müavini Vasiliy Bodnar iyunun 22-də bildirib ki, Donbassda münaqişə başlamadan əvvəl 453 saziş qüvvədə olub. Hazırda isə onlardan 300-ə yaxını qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR