Bank Of Baku

Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti aparacaq

Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti aparacaq
# 15 fevral 2023 21:32 (UTC +04:00)

Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.

APA-nın xəbərinə görə, bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Aİ-nin beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq. Onlardan maksimum 15 nəfər Almaniyadan olacaq.

Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR