Dağıstanda naməlum şəxs polisin xidməti maşınlarını yandırıb

Dağıstanda naməlum şəxs polisin xidməti maşınlarını yandırıb
# 29 dekabr 2021 08:20 (UTC +04:00)

Dağıstanın Dağıstanskie Oqni şəhərində naməlum şəxs polis idarəsinin binası yaxınlığında yerləşən dayanacaqda iki xidməti avtomobili yandırıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə bazar günündən bazar ertəsinə keçən gecə baş versə də, bu barədə məlumat dekabrın 28-də açıqlanıb.

Bəzi məlumatlara görə, yanğın törədən şəxs polis idarəsinə velosipedlə gəlib, maşınları yandırıb və o andaca hadisə yerindən uzaqlaşıb. Onun şəxsiyyəti və harada olduğu hələlik müəyyən edilməyib.

Hadisə yerindən çəkilmiş fotoya əsasən, yanğın “Skoda” və “Hyundai Solaris” markalı polis avtomobillərini sıradan çıxarıb. Dayanacaqda daha bir neçə xidməti maşın olsa da, alov onlara çatmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR