Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırılır

Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırılır
# 29 sentyabr 2022 15:09 (UTC +04:00)

Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırılır.

APA "armenpress"ə istinadən xəbər verir ki, Ermənistan hökuməti Müdafiə Nazirliyinin təklif etdiyi layihə əsasında müntəzəm olaraq növbəti planlı hərbi təlim-məşqlərin keçirilməsi qərarını təsdiqləyib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ümumi və raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər toplanışa çağırılacaq.

Onların toplanışı noyabrın 22-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR