Ermənistanın xüsusi nümayəndəsi Fransa səfirini Türkiyə ilə danışıqlar barədə məlumatlandırıb

Ermənistanın xüsusi nümayəndəsi Fransa səfirini Türkiyə ilə danışıqlar barədə məlumatlandırıb
# 27 iyul 2022 17:07 (UTC +04:00)

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan Fransa səfiri Ann Luyonu qəbul edib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fransalı diplomatın xahişi ilə Ruben Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, eləcə də son görüşdə əldə olunmuş razılaşmalar barədə onu məlumatlandırıb.

Görüşdə həmçinin regional problemlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR