“Euronews” telekanalı gürcü dilində yayıma başlayır

“Euronews” telekanalı gürcü dilində yayıma başlayır
  • Clock-gray 14:03
  • calendar-gray 18 Sentyabr 2019

"Euronews" telekanalı gürcü dilində yayıma başlayacaq.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Gürcüstanın “Silknet” telekommunikasiya şirkəti ilə “Euronews” telekanalı arasında müvafiq razılaşma imzalanıb.  

Razılaşmanı “Euronews” telekanalının direktoru Maykl Piters və “Silknet” Müşahidə Şurasının sədri George Ramişvili imzalayıb. 

Mərasimdə Gürcüstan Prezidenti Salome Zurabişvili və Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzel iştirak edib.  

Müqavilənin şərtlərinə əsasən, “Euronews Georgia”da 50-yə yaxın insan işlə təmin ediləcək. Telekanal üçün kadr seçimi yaxın vaxtlarda başlayacaq. 

Qeyd edək ki, “Euronews” telekanalı 13 dildə olmaqla 160 ölkədə yayımlanır. Telekanalın yayımının 400 milyon evə çatdığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date