Avropa ölkələri, o cümlədən Finlandiya Rusiya ilə yaxşı münasibətlərə qayıda bilər, lakin onları bərpa etmək onilliklər çəkəcək.
APA xəbər verir ki, bu barədə Finlandiyanın Prezidenti Sauli Niinistö “BBC”yə müsahibəsində deyib.
Rusiya ilə əməkdaşlığa qayıdışın mümkün olub-olmaması ilə bağlı suala o, müsbət cavab verib və bunun dərhal baş verməyəcəyini bildirib: “Bu bir az vaxt aparacaq. Məncə, onilliklər olacaq olcam", - deyə Niinistö deyib.