İrəvan və Pekin regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb

Ararat Mirzoyan, Van İ

© APA | Ararat Mirzoyan, Van İ

# 20 aprel 2022 17:36 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Tərəflər iqtisadi sahədə əməkdaşlıq potensialı, investisiyaların təşviqi, infrastrukturun inkişafı və logistika problemlərini müzakirə ediblər.

Ermənistan və Çin XİN rəhbərləri regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR